Türkiyənin “Fənərbağça” klubunun daha bir əməkdaşında koronavirus aşkarlanıb.
Offsideplus.az xəbər verir ki, ötən gün klubun işçilərindən və futbolçulardan növbəti dəfə test götürülb. Bu gün isə təlim-məşq bazasında çalışanlardan birində virus aşkarlandığı bəlli olub.
Adı çəkilməyən klub əməkdaşı öz evində karantinə alınıb və müalicəsinə başlanılıb.