Bu gün UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) büro iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, COVİD-19 epidemiyası ilə əlaqədar iclas videozəng formatında təşkil olunub.
İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, həmin komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.