Yunanıstanın "Olimpiakos” klubu ikinci dəstəyə göndərilə bilər.
Offsideplus.az xəbər verir ki, klub danışlmış oyunlarda ittiham olunur. Yunanıstan Futbol Federasiyası "Olimpiakos” – "Atromitos” oyunu ilə bağlı araşdırma aparır.
2015-ci ildə keçirilən qarşılaşmada "qırmız-ağlar” 2:1 hesabı ilə qalib gəlib. İttihama görə, klublar bukmeykerlər vasitəsilə qazanc əldə etmək üçün danışlmış oyunun iştirakçısı olublar.
İttihamlar danışılmış oyunun iştirakçısı olan 15 nəfərə - o cümlədən, "Olimpiakos”un sahibi Evangelos Marinakis, "Atromitos”un sahibi Qiorqos Spanos və Yunanıstan Futbol Federasiyasının sabiq prezidentinə qarşı irəli sürülüb.
Əgər ittihamlar sübuta yetirilsə, klubların hər biri 3 milyon avro cərimə olunacaq və aşağı dəstəyə göndəriləcəklər. Danışlmış oyunda iştirak edənlər isə futbol sahəsindən ömürlük uzaqlaşdırılacaqlar. Məlumata görə, "Olimpiakos”un iştirak etdiyi daha bir neçə şübhəli qarşılaşma araşdırılacaq.