UEFA 2021-ci ildə İngiltərədə keçirilməsi planlaşdırılan qadınlar arasındakı Avropa çempionatını təxirə salıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsi AVRO-2021-in 2022-ci ildə 6 - 31 iyulda baş tutmasına qərar verib.
Qeyd edək ki, UEFA daha əvvəl AVRO-2020-nin 2021-ci ilə keçirib.