Canni de Byazi İtaliya mətbuatına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, "Football İtalia"ya danışan 63 yaşlı mütəxəssis Azərbaycan millisinin çalışdırmaq ehtimalından danışıb:

“Millidə çalışmaq böyük təcrübədir. İki aydan sonra iki oyuna hazırlaşmaq asan deyil. Bu müddətdə bütün futbolçuları izləməlisiz. Albaniya millisi üçün əlimdən gələni etdim, hökümətdən bir çox mükafat aldım. Bu, möhtəşəm bir hissdir. Məni maraqlandıran layihə axtarıram, amma ilk növbədə sağlamlıqla bağlı problemlərin necə olacağını görməliyik. Mənə Azərbaycan millisinindən təklif var idi, amma hər şey son anda dəyişdi. Üstəlik, koronavirus problemi başladı”.