“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb. Daha bir dəfə rəqib komandanın avtoqolu qeydə alınıb.
2014-cü ildən başlayaraq 6 mövsüm UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.
2-ci sırada Teo Uiksdir. "Qəbələ"nin avrokubokdakı yeganə het-trikinin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.
Qeyd edək ki, “qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.
 
1. Sergey Zenyov - 6
2. Teo Uiks - 5
3. Dodo - 4
4-6. Filip Ozobiç - 3 
Baqali Dabo - 3 
Cavid Hüseynov -  3