FİFA bu gün yaydığı rəsmi qərarla Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun bütün qaydalara tam əməl etdiyini təsdiqləyib və kluba tətbiq olunan oyunçu qeydiyyatı qadağasının daimi olaraq aradan qaldırıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bununla da məsələ tam bağlanmış hesab olunur. Qərar klub üçün strateji baxımdan xüsusi əhəmiyyət daşıyır və “Əl-Nəsr”in 2026-cı il planları ərəfəsində vacib dönüş nöqtəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, transfer qadağasının ləğvi klubun qarşıdakı dövrlərdə heyətini sərbəst şəkildə gücləndirməsinə və uzunmüddətli idman layihələrini problemsiz həyata keçirməsinə imkan yaradacaq.