“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutskinin yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, o, Rusiyanın 1-ci liqa təmsilçisi “Ural” klubunu çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Hazırda  “Ural” 41 xalla turnir cədvəlinin ikincisidir.

Qeyd edək ki, Vasili Berezutski 2024-2025-ci illərdə “Sabah”ın baş məşqçisi olub.