"Real Madrid"in baş məşqçisi Xabi Alonso üçün "Mançester Siti" ilə oyun sonuncu şans olacaq.

Offsideplus.az xəbər verir ki, "kral klubu" artıq mümkün namizədlər üçün arayışa başlayıb.

Bu barədə "EL MUNDO" məlumat yayıb.

Qeyd edək ki, "Real Madrid" La Liqanın son 5 turunun 4-də xal itirib.

Onlar hazırda lider "Barselona"dan 4 xal geri qalır.

"Mançester Siti" - "Real Madrid" oyunu dekabrın 10-dan 11-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.