Azərbaycanlı FIFA referisi Kamal Umudluya UEFA tərəfindən yeni təyinat verilib.
Offsideplus.az xəbər verir ki, o, Gənclər Liqasının VI turunda keçiriləcək "Atalanta" - "Çelsi" oyununu idarə edəcək.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.



