Türkiyə yığması İspaniya ilə sonuncu oyunda heç-heçə oynayaraq qrupunu 2-ci yerdə başa vurub.
Offsideplus.az xəbər verir ki, onlar gələn ilin mart ayında DÇ-2026-da iştirak etmək üçün kvalifikasiya oyunları keçirəcək.
Bu oyunlardan əvvəl milli komandanın baş məşqçisi Vinçentso Montellanın klublardan xahişi olub:
"Bir xahişim var. Mart ayında klublarla danışıb həmin ay bir az oyun keçirib, futbolçularımızla bir neçə əlavə gün məşq etsəydik, çox şad olardım. Çünki, böyük bir xəyalımız var".



