"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin zədəsi ciddidir.

Offsideplus.az xəbər verir ki, Fransa ilə matçda zədələnən 31 yaşlı qolkiperin 2-3 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Ş. Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"da çıxış edir.

O, cari mövsüm 6 oyunda Ağdam təmsilçisinin qapısını qoruyub və bu oyunların 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.