“Fulhem” klubu “Şaxtyor”un futbolçusu Kevin üçün daha bir təklif verəcək.
Offsideplus.az xəbər verir ki, bu, sayca onların 3-cü təklifi olacaq.
Donetsk təmsilçisi ilk 2 təklfi qəbul etməyib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kevin 2024-cü ilin yanvarından Donetsk təmsilçisində çıxış edir. O, burada 55 oyunda 16 qol vurmağı bacarıb.
Bu keçid baş tutsa, braziliyalı futbolçu “Fulhem” tarixinin ən bahalı transferi olacaq. Onların öncəki rekordu 34 milyon funt-sterlinq idi.



