"Qarabağ" futbolçu Riçard Almeydanın Türkiyənin "Bursaspor" klubu ilə razılığa gəldiyinə dair iddialara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl "Report"a açıqlamasında "timsahlar"dan onlara heç bir rəsmi müraciətin gəlmədiyini söyləyib. Bununla yanaşı, Ə.Çəlikəl Almeydanın hazırkı müqaviləsinin mövsümün sonunadək nəzərdə tutulduğunu xatırladıb. O, təcrübəli yarımmüdafiəçinin digər klublardan təkliflər almasının normal olduğunu vurğulayıb.
Qeyd edək ki, Türkiyə mətbuatı Riçard Almeydanın "Bursaspor"un təklifini müsbət cavablandırdığını və hazırda iki klub arasında danışıqların getdiyini yazıb.