"Fənərbağça" Türkiyə Kubokunda "Ərzurumspor"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi rəqibinə 5 cavabsız qolla qalib gəlib. Oyunda ilk qolu yeni transfer Taliska vurub. Digər 4 qolu isə 3 futbolçu vurub. Belə ki, El Nesiyri dubl edib. Mert Hakan Yandaş və Cenk Tosun hərəyə bir dəfə fərqləniblər.