Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba dünya çempionu olan komanda yoldaşlarını qeyri-adi üsulla təbrik etməyi nəzərdə tutub.

Offsideplus.az xəbər verir ki, fransız onlara brilyant qaşlı üzük hədiyyə edəcək. Hədiyyələri Kaliforniyanın "Jason of Baverly Hills" şirkətinin zərgərləri hazırlayacaq. Poqbanın nə qədər xərc çəkəcəyi açıqlanmır. Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre üzüklərin ABŞ-dan Fransaya gətirilməsi üçün 10 min avro ödəməyə hazır olduğunu deyib.

 

Goal.az