"Yuventus"un hücumçusu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Valensia"ya qarşı keçirilən oyunda meydandan qovulub.
Offsideplus.az xəbər verir ki, Ronaldonun Çempionlar Liqasında aldığı ilk qrımızı vərəqəyə bacısı müğənni Katya Uveryu da biganə qalmayb: "Bu qərar futbol adına utancdır. Ədalət öz yerini tutacaq. Qardaşıma haqsızlıq edirlər, ancaq Allah hər şeyi görür".
Xatırladaq ki, Ronaldo ev sahiblərinin müdafiəçisi Ceyson Murilyo ilə toqquşmadan sonra əli ilə rəqibin başına toxunub. Matçın baş hakimi onun bu davranışını idmana yaraşmayan hərəkət kimi qiymətləndirib. Oyun Juventus-un qələbəsi ilə yekunlaşıb - 2:0