Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmaya 23 futbolçu dəvət olunub.

Millimizin heyəti aşağıdakı kimidir:

Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Eldar Tağızadə ("Clermont Foot", Fransa), Rüstəm Samiqullin, Seymur Məmmədov,Camal Cəfərov, Samir Məhərrəmli (hamısı "Sabah"), Mahir Həsənov ("Kəpəz"), Rüfət Əhmədov, Süleyman Damadayev, Rauf Rüstəmli, Mehrac Baxşəli (hamısı "Qəbələ"), Ayxan Süleymanlı ("Sumqayıt"), Xəyyam Hüseynov, Məzahir Məmmədzadə, Elçin Qasımov (hamısı "Turan Tovuz"), Mirəli Əhmədov, Zeynəddin Abdurahmanov, Samir Abdullayev ("Səbail"), Nihar Fərəcli ("Tus Koblenz", Almaniya), Murad Vəliyev ("Levadia Tallin", Estoniya).