Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsində rəqiblərindən olan Belçika millisinin baş məşqçisi Domeniko Tedesko F qrupundakı mübarizənin komandası üçün çətin olacağından danışıb.

Offsideplus.az xəbər verir ki, “Kicker”ə danışan gənc mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Gent" matçını da xatırlayıb: 

"Bizi qrupda çətin mübarizə gözləyir. Seçmə mərhələnin oyunlarının bizim üçün asan keçəcəyini düşünmək düzgün deyil. Ötən ilin noyabrında Avstriya İtaliyaya qalib gəldi. İsveç millisi də çox güclüdür. “Qarabağ”ın Azərbaycanda “Gent”ə necə qalib gəldiyini, meydanda nələrin baş verdiyini gördük. “Qarabağ” Belçika klubunu keçə bilərdi. Ümumiyyətlə, qrupumuzda asan komanda yoxdur. Bu seçmə qrup parkda gəzmək qədər asan olmayacaq".