Azərbaycanın U-23 millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu oyununa çıxıb  

Offsideplus.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda üçüncü yer uğrunda görüşdə Əlcəzair yığması ilə qarşılaşıb.

Oyunun əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq olan Azərbaycan millisi İslamiadanı bürünc medalla başa vurub. Yığmamız penaltilər seriyasında 4:3 hesabıyla qələbə qazanıb.