Sabah "Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşa təmsilçisi "Lex"lə qarşılaşacaq.

 Oyunla bağlı Ağdam klubunun sabiq braziliyalı qapıçısı Vaqner da Silva ilə əlaqə saxladıq.

36 yaşlı "əlcək sahibi" Offsideplus.az-a açıqlamasında sabahkı oyun barədə bunları dedi: "Fikrimcə, "Qarabağ"ın Çempionlar Liqasında daha da irəli getməyi üçün əla fürsəti var. İnanıram ki, onlar bunu bacaracaq. "Qarabağ"da çox yaxşı insanlar işləyir. Mən hər zaman sabiq komandama dəstək olacam".

Cavid Əliyev