Asif Məmmədov “Qəbələ” klubu ilə Premyer Liqada 150-ci oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, kapitanın yubileyi 25-ci turun “Zirə” ilə görüşündə gerçəkləşib. 90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.

Asif “Qəbələ”nin heyətində 2006/07 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında komandaya dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qola imza atıb. O, “qırmızı-qaralar”ın Premyer Liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Urfan Abbasovdan (200) geri qalır.