Kolumbiya millisinin baş məşqçisi Reynaldo Rueda qovulub.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən ölkənin federasiyası məlumat yayıb. Buna səbəb yığmanın DÇ-2022-dən kənarda qalması olub.
Qeyd edək ki, 65 yaşlı çalışdırıcı keçən ildən komandaya rəhbərlik edirdi.