"Atletiko"nun futbolçusu Luis Suraes "Beşiktaş"a keçməyə çox yaxındır.
Offsideplus.az "Todofichajes"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun meneceri İstanbul nəhənginin rəhbərliyi ilə danışıqlar aparır. Madrid klubuyla müqaviləsi bu yay başa çatacaq oyunçunu növbəti mövsüm böyük ehtimalla "qara qartallar"da görəcəyik.
Qeyd edək ki, Uruqvay millisinin ulduzu bu mövsüm "matrasçılar"ın heyətində 39 oyunda 13 qol və 2 məhsuldar ötürmə edib.