"Fiorentina"nın futbolçusu Xose Kalexon İspaniyaya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı oyunçu Florensiya təmsilçisi ilə yayda bitəcək sözləşməsini yeniləməyəcək. O, ölkəsinə geri dönmək niyyədində olduğunu bildirib. Onun sabiq klubu "Espanyol"a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Kalexon karyerası ərzində "Real", "Espanyol", "Napoli" formaları geyinib. O, İspaniya seçməsi ilə 5 matçda meydana çıxıb.