Azərbaycanlı referi Əliyar Ağayev UEFA-dan DÇ-2022-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, FİFA dərəcəli hakimimiz Slovakiya və Kipr komandaları arasında keçiriləcək görüşü idarə edəcək. Bu qarşılaşmada ona Zeynal Zeynalov, Akif Əmirəli və Elçin Məsiyev kömək edəcəklər.
Qeyd edək ki, qarşılaşma sentyabrın 7-də keçiriləcək.