"Zirə" "Qarabağ"ın futbolçusunu icarəyə götürüb.
Offsideplus.az xəbər verir ki, "qartallar" Rauf Hüseynli ilə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi 2021-22 mövsümünün sonunadək "Zirə"nin formasını geyinəcək.
Qeyd edək ki, Rauf Hüseynov 2019/20 mövsümündə də icarə əsasında "Zirə"də çıxış etmişdi.



