Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi son günlər əsas müzakirə mövzusu olan Avropa Super Liqası barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 64 yaşlı italiyalı çalışdırıcı bildirib ki, bu addım UEFA və FİFA-ya qarşı çevriliş cəhdi idi:
"Müxtəlif şirkətlər inpozulan maliyyə balansını düzəltmək üçün yeni iqtisadi mənbələr tapmaq istəməsi bizi təəssüfləndirir. Superliqa elit futbol kimi təqdim edildi, ancaq onun elitliyi yalnız üzdə idi. Fikrimcə, həyatda yalnız fədakarlıq və qətiyyətlə uzağa gedə bilərsiniz. Buna görə də mənim üçün idmandakı savadlı şəxslərin seçimi vacibdir".