Birinci Divizionda iki oyun təxirə salınıb.

Offsideplus.az PFL-in saytına istinadla xəbər verir ki,  13-cü turun dünən yağan güclü qar səbəbindən yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” matçı görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyinə görə təxirə salınıb.

Həmçinin bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar başqa günə keçirilib. Görüşlərin vaxtı barədə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, dünən təxirə salınan "Turan Tovuz” – “Sumqayıt-2” oyunu bu gün saat 12:30-dan davam etdirilməli idi.