Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son 3 görüşü keçirilib

Offsideplus.az xəbər verir ki, günün ilk matçı Tovuzda yerli komanda ilə "Qəbələ" arasında gerçəkləşib. Cütün qalibi olan "Qəbələ" 1/4 finalda "Qarabağ"ın rəqibi olacaq.

Saat 16:00-da start götürəcək görüşdə "Qaradağ Lökbatan"la "Zirə" komandaları münasibətlərinə aydınlıq gətiriblər. Mərhələni keçən "Zirə" növbəti raundda "Neftçi" ilə üz-üzə gələcək.

1/8 final mərhələsinin son oyunu Masazırda olub. "Sabah" I Divizon təmsilçisi "Kəpəz"i qəbul edib: 1:2. Görüşün qalibi "Kəpəz" 1/4 finalda "Keşlə" ilə oynayacaq.

Azərbaycan Kuboku, 1/8 final

25 yanvar (bazar ertəsi)

“Turan Tovuz” – “Qəbələ” - 0:2

Qol: S.Vukçeviç, 32. C.Adeniyi, 45+2.
Hakimlər:
 Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu

Qaradağ Lökbatan – Zirə - 0:4 
Qol: 
Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4)

Hakimlər:
 Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Dalğa Arena”.

“Sabah” – “Kəpəz” - 1:2
Qollar: 
Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”

Qeyd edək ki, 1/8 finalın ilk oyununda "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək, növbəti raundda "Sumqayıt"a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək.