Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son 3 görüşü keçirilib
Offsideplus.az xəbər verir ki, günün ilk matçı Tovuzda yerli komanda ilə "Qəbələ" arasında gerçəkləşib. Cütün qalibi olan "Qəbələ" 1/4 finalda "Qarabağ"ın rəqibi olacaq.
Saat 16:00-da start götürəcək görüşdə "Qaradağ Lökbatan"la "Zirə" komandaları münasibətlərinə aydınlıq gətiriblər. Mərhələni keçən "Zirə" növbəti raundda "Neftçi" ilə üz-üzə gələcək.
1/8 final mərhələsinin son oyunu Masazırda olub. "Sabah" I Divizon təmsilçisi "Kəpəz"i qəbul edib: 1:2. Görüşün qalibi "Kəpəz" 1/4 finalda "Keşlə" ilə oynayacaq.
Azərbaycan Kuboku, 1/8 final
25 yanvar (bazar ertəsi)
“Turan Tovuz” – “Qəbələ” - 0:2
Qol: S.Vukçeviç, 32. C.Adeniyi, 45+2.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu
Qaradağ Lökbatan – Zirə - 0:4
Qol: Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4)
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Dalğa Arena”.
“Sabah” – “Kəpəz” - 1:2
Qollar: Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”
Qeyd edək ki, 1/8 finalın ilk oyununda "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək, növbəti raundda "Sumqayıt"a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək.