Azərbaycan Premyer Liqasında ikinci baş məşqçi istefası reallaşıb.

Offsideplus.az xəbər verir ki, "Sabah" klubu çalışdırıcısı Jelko Sopiçlə vidalaşıb. Çalışdırıcı ilə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviç də yola salınıb.

"Sabah" Jelko Sopiçin rəhbərliyi altında Premyer Liqada cəmi 8 oyun keçirib. Bunun 2-də qələbə qazanıb, 2-də heç-heçə edən bakılılar 4 görüşdə məğlub olub. Ötən ilin noyabrında baş məşqçi postuna gətirilən Sopiçin müqavilə müddəti 2021-ci ilin yayına qədər idi.

Qeyd edək ki, daha əvvəl "Zirə" baş məşqçisi Zaur Həşimovla yolları ayırmışdı.