"Azərbaycan milli komandasının çalışdırması üçün istənilən türkiyəli məşqçi ilə danışıqlar apara bilərik".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "KHAN Sports Menecement"in rəhbəri Xanbaba Daşdı deyib.

O, adları milli komandamızda hallanan türkiyəli məşqçilər barədə danışıb:

"İndiyə kimi Ərsun YanalAbdullah Avcının yığmamızı çalışdıracağı bildirilib. Abdullah bəyin millimizi çalışdırmaq ehtimalı bir faizdir. Çünki o, öz komandası ilə birgə işləməyi xoşlayır. İllik maaş ödənişi də çox yüksəkdir. Bu baxımdan Abdullah bəyin millimizə gəlişi çətin olacaq. Ərsun Yanalı isə federasiya rəsmiləri razı olsalar, istənilən zaman Azərbaycan yığmasına gətirə bilərik. Onun razılaşmağın yollarını bilirik. Hər zaman bu məsələdə federasiyaya kömək etməyə hazırıq".