AFFA-nın Lisenziya Komissiyasının 2026/2027-ci illər mövsümü üçün iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, qaydalara əsasən, müraciət edən klubların sənədlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Lisenziya alan və imtina edilən klubların siyahısı aşağıdakı kimidir:

1. UEFA-nın kişilər arası klub yarışları

"Araz-Naxçıvan", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Turan Tovuz", "Zirə".

2. UEFA-nın qadınlar arası klub yarışları

"Neftçi", "Sumqayıt".

3. Misli Premyer Liqası

"Baku Sportinq", "Difai", "İmişli", "Karvan-Yevlax", "Kəpəz", "Mingəçevir", "Səbail", "Şəfa".

4. I Liqa

"Cəbrayıl", "Dinamo", "Qaradağ Lökbatan", "Quba", MOİK, "Şahdağ Qusar", "Şəmkir", "Şimal", "Xankəndi", "Zaqatala".

5. II Liqa

"Ağstafa Gəncləri", "Araz Saatlı", "Biləsuvar", "Kür Araz", "Lənkəran", "Marafon", "Ramana", "Samur", "Şəfəq", "Şəki Siti", "Şirvan", "Zəngəzur".

6. II Liqa (Lisenziya verilməyənlər)

"Ağdaş", "Xəzər Ağcabədi".

7. AFFA Yüksək Qızlar Liqası

"Araz-Naxçıvan", "Baku Juniors", "Dirçəliş", "İmişli", "Qəbələ", "Liman", "Sabah", "Şəfa", "Ümid".

UEFA lisenziyası üçün 10 gün, digər liqalar üçün isə 5 gün ərzində apellyasiya şikayəti vermək olar.

Yuxarı liqa üçün lisenziya almış klub, avtomatik olaraq daha aşağı liqalarda da iştirak hüququ qazanır.