"River Pleyt"in baş məşqçisi Marselo Qalyardo vəzifəsindən ayrılacağı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, o, "Banfild"lə matçın klubdakı sonuncu oyunu olacağını deyib.

"River Pleyt" son 20 oyunun 12-də məğlub olub.

Qalyardo Argentina nəhəngində ikinci dönəmini yaşayırdı.

O, kluba ümumilikdə 14 kubok qazandırıb.