Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol qaydalarında bir sıra dəyişikliklər üzərində işləyir və yenilikləri bu həftə keçiriləcək ümumi iclasda açıqlamağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, planlaşdırılan əsas dəyişikliklər belədir:

  • Zədə səbəbindən oyunu tərk edən futbolçu ən azı 1 dəqiqə sonra yenidən meydana qayıda biləcək.
  • Yan xətdən və künc atışlarında geri sayım tətbiq olunacaq. Müddət bitərsə, top rəqib komandaya veriləcək.
  • Oyundan çıxan futbolçular 10 saniyə ərzində meydanı tərk etməlidir.
  • İkinci sarı vərəqədən sonra göstərilən qırmızı vərəqələr VAR tərəfindən yoxlanıla biləcək.
  • Künc zərbələri də VAR tərəfindən incələnə biləcək.

IFAB-ın bu dəyişiklikləri təsdiqləyəcəyi təqdirdə, yeni qaydaların yaxın mövsümlərdə tətbiq edilməsi gözlənilir.