"Milan" və Portuqaliya yığmasının vingeri Rafael Leao, Kristiano Ronaldo və Lionel Messi haqqında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, Messini Dünya Kubokunu qazandığı üçün, Ronaldonu isə qazanmadığı üçün bütün zamanların ən yaxşı oyunçusu adlandırmasını ədalətli hesab edirsinizmi sualına belə cavab verib:

- Xeyr, belə düşünmürəm. Əlbəttə, Dünya Kuboku Kristiano üçün vacibdir, çünki o, hələ bu titulu qazanmayıb. Lakin bunun heç bir əhəmiyyəti yoxdur, Ronaldo onsuz da futbol tarixinin ən böyük oyunçusu olaraq qalacaq, – deyə Leao bildirib.