Nqolo Kantenin "Fənərbağça"ya transferi baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Buna səbəb "Əl-İttihad" klubunun vaxtında müqaviləni sistemə daxil etməməyidir.
Səudiyyə Ərəbistanında ötən gecə "transfer pəncərəsi" bağlanırdı.
"Fənərbağça" və "Əl-İttihad" transferləri tamamlamaq üçün əlavə vaxt istəyiblər.
Bu vaxt verilsə də, Səudiyyə Ərəbistan klubu yenə vaxtında lazım olan sənədləri sistemə yükləyə bilməyib.
Keçidlər baş tutsa idi, Kante "Fənərbağça"ya, Yusuf En-Nesiri "Əl-İttihad"a transfer olacaqdı.



