"Sumqayıt" futbol komandasının baş məşqçisi Nazim Süleymanov istefaya göndərilib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis səhhəti ilə əlaqədar müqaviləsinə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Süleymanovun istefa ərizəsi Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib və sözləşməsi bu gündən ləğv olunub.
Qeyd edək ki, Nazim Süleymanov bu ilin iyununda “Sumqayıt”ın baş məşqçisi təyin olunub və onunla iki illik müqavilə bağlanılıb. Komanda Azərbaycan Premyer Liqasında 11 turdan sonra 11 xalla 6-cı sırada qərarlaşıb. Sumqayıt təmsilçisi sonuncu turda “Keşlə”yə 1:4 hesabı ilə uduzub.