Azərbaycanlı futbolçu Sadiq Baqiyevin yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, onu Moskva "Torpedo"su heyətinə cəlb edib.
22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Sadiq Azərbaycan U-21 yığmasının da formasını geyinib.
O, Rusiyada “Kuban-Holdinq”, “Spartak”(Tambov) və “SKA-Xabarovsk” klublarının da şərəfini qoruyub.


