"Beşiktaş"ın hücumçusu Temmi Abraham yenidən İngiltərəyə qayıda bilər.
Offsideplus.az xəbər verir ki, "Aston Villa" ingilis futbolçunun transferində maraqlıdır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Abraham ötən ilin yayında "Beşiktaş"a transfer olub. İstanbul klubu onun üçün "Roma" 15 milyon avro ödəyib.
28 yaşlı hücumçu cari mövsüm 24 oyunda 12 qol vurub.



