PSJ klubu "Bornmut"un müdafiəçisi İlya Zabarnıy üçün danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi ukraynalı futbolçunun transferini Klublararası Dünya Çempionatına qədər bitirmək istəyir.

Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.

Zabarnıy 2023-cü ilin yanvarında Kiyev "Dinamo"sundan "Bornmut"a transfer olunub. O, başa çatan mövsümdə 39 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə onun dəyəri 42 milyon avrodur.