PSJ klubu "Bornmut"un futbolçusu İlya Zabarnıyı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi daha öncə də ukraynalı müdafiəçi ilə maraqlansa da, bu keçid rusiyalı Matvey Safonova görə baş tutmamışdı.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Lakin transferin bu dəfə baş tutma ehtimalı çox yüksəkdir. PSJ heyətində Safonov olmağına baxmayaraq ukraynalını razı salmağa çalışır.

Zabarnıy 2023-cü ilin yanvarından "Bornmut"da çıxış edir. O, cari mövsüm 39 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Safonov ötən ilin yayında PSJ-yə qoşulub. Rusiyalı qapıçı trebl edən komandada 17 oyuna çıxıb.