Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Offsideplus.az məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan taekvondoçu Cavad Ağayev bürünc medala sahib olub.
O, ilk görüşündə cənubi sudanlı Stefan Atemi, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadini yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda Ağayevin qarşısını cənubi koreyalı Ço Vun Hu kəsib. Beləliklə, azərbaycanlı idmançı bürünc medal əldə edib.
Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.