Azərbaycanın sərbəst güləşçiləri bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında mübarizəyə başlayacaqlar.

Offsideplus.az xəbər verir ki, bu gün mundialda 4 çəki dərəcəsində xalçaya çıxacaqlar.

Nürəddin Novruzov (61 kq) 1/8 finalda Cude Hammer (Quatemala) - Ahmet Duman (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Kənan Heybətov (70 kq) təsnifatda hindistanlı Maniş Qosvaminin müqavimətini qırmağa çalışacaq. Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistandan olan Arman Avakyanla, Abubakr Abakarov (92 kq) təsnifatda Şimali Makedoniya təmsilçisi Redjep Haydari ilə qarşılaşacaq.

Bundan əlavə, qadın güləşçilərimiz təsəlliverici görüşlərə çıxacaqlar. Alyona Kolesnik (59 kq) bu raunddakı rəqibini gözləyir, Elis Manolova isə Meysi Kilti (ABŞ) ilə üz-üzə gələcək.