Qadın güləşçimiz Jalə Əliyeva dünya çempionu olub.
Offsideplus.az xəbər verir ki, Albaniyada keçirilən 23 yaşadək güləşçilər arasında Dünya Çempionatında Jalə Əliyeva 57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Güləşçimiz finala gedən yolda 1/8 finalda ukraynalı Alina Filipoviçə "7-4" hesabı ilə qalib gəlib. Növbəti mərhələdə türkiyəli Sevim Akbaş üzərində parlaq qələbədən (10:0) sonra yarımfinalda ABŞ təmsilçisi Sofiya Makalusonudə üstün olub. Karyerasında ardıcıl ikinci dəfə 23 yaşlıların Dünya Çempionatında finalına yüksəlib.
Yaponiyalı Ruka Natami ilə gərgin keçən görüşü "10:8" hesabı ilə başa vuran Əliyeva qızıl medala sahib olub.