Azərbaycanın kişi boksçulardan ibarət millisinə yeni baş məşqçi təyin edilib.

Offsideplus.az-ın Boks Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, yığma komanda ötən ildən texniki direktor kimi fəaliyyət göstərən özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.

44 yaşlı mütəxəssis Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik karyerasına 1998-ci ildən başlayıb və bu müddət ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirmişdir.