Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 2 boksçusu qələbə qazanıb.
60 kq çəkidə mübarizə aparan Ruslan Qədirov İkinci görüşünü də aktivinə yazıb. Milli üzvü Stefan Samoviçi (Serbiya) 5:0 (29:27, 28:28, 28:28, 28:28, 28:28) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Onun bu mərhələdə rəqibi bolqarıstanlı Radoslav Rosenov olacaq.
Fərhad Şeydayev (75 kq) də 1/8 final qarşılaşmasından üstün ayrılıb. Boksçumuz Çadi Baraiaya (Fransa) 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Şeydayev 1/4 final görüşündə Alan Perrie (Şotlandiya) ilə gücünü yoxlayacaq.