Bu gün Azərbaycanın daha dörd cüdoçusu Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaq.
Offsideplus.az xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, dünən Acelya Toprak (57 kq) bürünc medal qazanıb.