Qazaxıstanın Astana şəhərində “Kazakhstan Open” beynəlxalq karate turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın iki idmançısı fəxri kürsüyə qalxmağı bacarıb.

Belə ki, 16-17 yaş kateqoriyasında Rəşid Süleymanov (76 kq) gümüş medal qazanıb.

61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə bütün rəqiblərinə qalib gələrək çempion olub. O, həmçinin böyüklərin yarışında da uğur əldə edib. Belə ki, həmyerlimiz yekunda üçüncü olub.